“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Donald Gerye yenidən Azərbaycana gəlir. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, haitili müdafiəçi bu dəfə “Zirə” ilə anlaşıb.

Onunla bütün məsələlərdə razılıq əldə edilib və Gerye də yenidən ölkəmizə qayıtmaqda maraqlıdır. Hazırda Kiprin “Olimpiakos” (Nikosiya) klubunda çıxış edən cinah müdafiəçisi viza məsələlərinin həlli ilə məşğuldur.

Zirəlilər onun üçün qarşı tərəfə transfer məbləği də ödəməyəcək. Donald özü klubu ilə müqaviləsini pozacaq və Azərbaycana qayıdacaq. O, qış fasiləsində komandadan ayrılan Təmkin Xəlilzadənin boşluğunu dolduracaq.

Qeyd edək ki, 33 yaşlı Donald 2017/2019 və 2020/2021-ci illərdə “Qarabağ”da çıxış edib. 2019/2020-ci il mövsümündə isə “Neftçi”nin şərəfini qoruyub.

Shares: