“Nyukasl” “Everton”un gənc hücumçusu Entoni Qordona müştəri düşüb. Klublar razılaşsa, 21 yaşlı vingerin transferi tezliklə reallaşacaq.

Futbolinfo.az xəbər verir ki, “sağsağanlar” Liverpul təmsilçisinə 40 milyon funt-sterlinq təklif edib. Bir şərtlə ki, bu məbləğin 25 milyonu transfer rəsmiləşən kimi, qalanı isə hissələrə bölünərək ödənilsin. “Everton” isə keçiddən 60 milyon funt-sterlinq qazanmaq niyyətindədir. Onların tələbi yerinə yetirilsə, futbolçunu elə yanvarda buraxmağa razıdırlar.

“Everton”la 2,5 illik müqaviləsi qalan Qordon 2021-ci ilin mayında “Preston”dan transfer edilib. Klub istedadına əmin olduğu Entoni üçün cəmi 5 milyon avro ödəmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp