AFFA-nın baş katibi Sərxan Hacıyev Premyer Liqa klublarının baş məşqçiləri ilə görüşlərə start verib. O, ilk olaraq bölgə klublarının düşərgəsinə baş çəkir.

Srağagün Gəncədə Tərlan Əhmədovla bir araya gələn Hacıyev, dünən də “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovla görüşüb. Sərxan bəy və onu müşaiyət edənlər bu gün “Şamaxı”nın məşqçi tandeminə də baş çəkəcək.

Hacıyevin bu təşəbbüsü problemləri məşqçilərin dilindən eşitmək istəyi ilə bağlıdır. O, çıxış yollarını da futbolun içində olan insanlarla müzakirə etməyə çalışır. Görünür, baş katib AFFA-nın qarşıdan gələn Hesabat Konfransına kimi təklifləri dinləmək, yeni futbol ili üçün istiqamətləri müəyyənləşdirmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp