Ardıcıl uğursuz oyunlar “Milan” rəhbərliyinin baş məşqçiyə etimadını azaltmayıb. Stefano Pioli postunda qalacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə son İtaliya çempionunun idman direktoru Paolo Maldini danışıb: “Pioliyə etimadımız sonsuzdur. Bu günlərdə eşitmək istəmədiyim sual məhz budur. Onun işindən məmnunuq. Gördüyü bu qədər işdən sonra kiçik büdrəmə olan kimi onun istefası barədə düşünməyi hörmətsizlik sayıram”.

Maldini Nikolo Zaniolonun mümkün transferindən də bəhs edib: “Roma” təklifimizdən xəbərdardır. Yarımmüdafiəçini mövsümün sonuna kimi icarəyə götürmək, sonra heyətimizə birdəfəlik qatmaq istəyirik. Qərarı qarşı tərəf verməlidir. Məsələ yaya kimi uzansa, o zaman şərtlərimiz fərqli olacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp