“Fulhem” heyətini gücləndirməyə yaxındır. London klubu axtardığını paytaxtın digər təmsilçisi “Arsenal”da tapıb.

Futbolinfo.az xəbər verir ki, “Fulhem” Sedrik Suareşi yaya kimi icarəyə götürəcək. Oyunçunun yüksək maaşının yalnız həftəlik 100 min avrosunu yeni klubu ödəyəcək.

31 yaşlı portuqaliyalı 2020-ci ilin yayında “Sauthempton”dan “Arsenal”a gəlib. Onun londonlularla ilyarımlıq müqaviləsi qalıb.

Shares: