Kvabena Ovusunun “Ferentsvaroş”a keçidi rəsmiləşib. “Qarabağ”ın vida paylaşımının ardından Macarıstan klubu transferi rəsmən açıqlayıb.

Futbolinnfo.az xəbər verir ki, Ağdam klubu yayda müqaviləsi bitəcək oyunçunu indi satmaqla qazanc əldə etməyə nail olub. Hücumçu özü də getməyə israr etdiyindən “Qarabağ” onu saxlamamağı lazım bilib.

25 yaşlı qanalı forvard macarlarla 2,5 illik müqavilə bağlayıb. Baş məşqçi Stanislav Çerçesovun təkidi ilə alınan oyunçu Çempionlar Liqasında bu rəqiblə Bakıdakı oyunda (1:1) “Qarabağ”ın bərabərlik qolunu vurmuşdu.

Rəsmi açıqlama verilməsə də, təmsilçimizin bu keçiddən 250-300 min avro qazandığı haqda məlumatlar var. Üstəlik, Ovusunun növbəti transferindən də “Qarabağ”a müəyyən faiz çatacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp