“Marsel” hücum xəttini gücləndirmək üçün 2-3 oyunçu arasından seçim edəcək. Fransa klubunun favorit namizədi isə Sərdar Azmundur.

Futbolinfo.az xəbər verir ki, marsellilər İran yığmasının üzvü üçün “Bayer”ə rəsmi təklif göndərib. Məbləğ açıqlanmır, amma müzakirələr başlayıb. Transfer pəncərəsinin son günü olduğu üçün hər an qərar verilə bilər.

28 yaşlı hücumçu bir il öncə Leverkuzen klubuna keçib. Amma Almaniyada onun işləri yaxşı getmir. 10-u Bundesliqada olmaqla, bu bu mövsüm 13 matça çıxan hücumçu yalnız kubokda iki məhsuldar ötürmə ilə seçilib. Bu isə “Bayer”in onunla yollarını ayrımaq niyyətinə düşməsi üçün kifayət edib. Fransa klubu 2027-ci ilə kimi müqaviləsi olan futbolçunu uyğun qiymətə ala biləcəyinə ümidlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp