“Turan Tovuz”un yeni transferi, moldovalı Denis Marandiçi Azərbaycana gəlməmiş həmyerliləri ilə məsləhətləşib. O, ölkəmizdə çıxış etmiş Stanislav Namaşko və Yevgeni Koçukdan məsləhət alıb.

Futbolinfo.az xəbər verir ki, cinah müdafiəçisi onlardan yalnız xoş sözlər eşidib: “Hər ikisi ilə milli komandada birlikdə çıxış etmişik. Onlarla bura gəlməmişdən danışdıq. Azərbaycan haqqında bir çox müsbət fikirlər dedilər”.

Marandiçi “Qarabağ”la oynamağın çətin olduğunu etiraf edib: “Qarabağ” çox güclü komandadır. Avrokuboklardakı oyunlarından da görmək olar ki, onlar başqa səviyyədədir. Həqiqətən yüksək keyfiyyətə malik futbolçulara sahibdirlər. Hazırda onları bu çempionatda hansısa komanda ilə müqayisə etmək çətindir. Düzdür, mən 2 oyun oynamışam, amma “Qarabağ”ın gücü barədə hər şey məlumdur”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp