“Tottenhem”in baş məşqçisi Antoni Kontenin problemi üzə çıxıb. İtaliyalı mütəxəssisin sağlamlıq durumu qaydasında deyil.
Futbolinfo.az xəbər verir ki, kəskin ağrılardan sonra həkimə müraciət edən Konte şok xəbər eşidib. Tibb işçiləri onun təcili əməliyyat olunması gərəkdiyini bildiriblər.
Artıq qərar verilib. “Tottenhem” də bununla bağlı açıqlama yayıb. Konte bu gün əməliyyat olunacaq. Mütəxəssisin öd kisəsi götürülməlidir.