Artyom Dzyuba karyerasını Niderlandda davam etdirə bilər. Rusyalı hücumçu bu ölkədən dəvət alıb.
Futbolinfo.az xəbər verir ki, azad agent olan forvardın istənilən vaxt hansısa komandaya keçidi mümkündür. Vətəndə qalmaq istəməyən Artyomun bu arzusunu “Vitess” reallaşdıra bilər. Hazırda danışıqlar gedir və keçidin tezliklə reallaşması mümkündür.
Xatırladaq ki, 34 yaşlı Dzyubanın son klubu “Adana Dəmirspor” olub. Burada qısa müddət qalan futbolçu müqaviləyə qarşılıqlı razılıqla xitam verib və ötən ilin noyabrından işsizdir.