Hakim Ziyeşin PSJ-yə keçidi baş tutmayacaq. Transfer pəncərəsinin bağlandığı saatadək lazım olan sənədlər təqdim edilmədiyi üçün parislilər mərakeşli yarımmüdafiəçini icarəyə götürə bilmədi.
Futbolinfo.az xəbər verir ki, PSJ-nin şikayəti əsasında Fransa Futbol Federasiyasının Hüquq Komitəsi bu gün bir araya gəlib. Sənədlər bir daha araşdırılıb və “Çelsi”nin lazımi məlumatlrı 3 dəfə səhv göndərdiyi aydınlaşıb. Yekunda lazım olan vaxtadək problem aradan qalxmayıb. Bu üzdən transfer rəsmi dəyər qazanmayıb.
Mərakeşli yarımmüdafiəçi “Çelsi”nin düşərgəsində qalmalı olacaq. Halbuki razılaşmaya əsasən, PSJ futbolçu mövsümün sonunadək icarəyə götürməli, yayda isə birdəfəlik transfer etməliydi.