“Mançester Yunayted”in yayda əsas transfer hədəfi bəllidir. “Qırmızı şeytanlar” bütün imkanlarını səfərbər edib Viktor Osimheni düşərgəsinə gətirməyə çalışacaq.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu onun üçün “Napoli”yə 120 milyon avro ödəməyə hazırdır (Gazzetta dello Sport). İtaliya klubu çempionluğa kökləndiyindən, indi heç bir transfer təklifini yaxına buraxmır, amma yayda bu məsələyə qayıdılacaq. Osimhen özü də A Seriyasını qazanmağa kökləndiyini, karyerası ilə bağlı suallara mövsüm bitdikdən sonra aydınlıq gətirəcəyini bildirib.

“Napoli”də 4-cü mövsümünü keçirən 24 yaşlı nigeriyalının müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Lakin o, anlaşmasının sonunadək Neapolda qalmaq niyyətində deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp