“Mançester Siti”nin vəziyyəti yaxşı deyil. Maliyyə fırıldağında günahlandırılan İngiltərə klubunun cəzalandırılacağı çox real görünür.

Futbolinfo.az xəbər verir ki, son 9 ildə sənəd saxtakarlığı ilə ittiham olunan “şəhərlilər”in qanunsuz maliyyə ödənişləri üzə çıxarılıb. İddialar sübut olunsa, Mançester təmsilçisinin hesabından 15 xal silinəcək. Lakin araşdırmalar davam edir və klubun daha böyük cəza alması, hətta aşağı liqaya göndərilməsi mümkündür.

Maraqlıdır ki, İngiltərə Premyer Liqasının əksər klubları da məhz bunu istəyir. Onlar liqa rəhbərliyindən ciddi araşdırma aparılmasını tələb edir. Adlar açıqlanmasa da, məxfi müraciətlərdə çempionatın imicinin qorunması üçün “Mançester Siti”nin Premyer Liqadan qovulmasının istənildiyi yazılır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp