“Zirə” fevral ayı boyunca yeni transferlərinin xidmətindən istifadə edə bilməyəcək. Qəsəbə təmsilçisində debüt edə bilməyən legionerlər zədələnib.

Futbolinfo.az xəbər verir ki, Vladislav Kulaç və Abbas İbrahim azı üç həftəlik sıradan çıxıb. Məşqdə zədələnən bu futbolçular ayın sonunadək komandaya yardım etməyəcək.

“Zirə”yə daha öncə gələn Kulaçın adı “Neftçi”ylə matçın protokoluna daxil edilsə də, o, meydana çıxmamışdı. Ukraynalı həmin matçda tam hazır olmadığından forma geymədisə, “Qəbələ”yə qarşı son turdakı görüşdə ümumiyyətlə, ehtiyatda yer almadı. Bu, onun zədə alması ilə bağlı idi.

“Qartallar”la 2 il yarım + 1 illik müqavilə imzalayan nigeriyalı yarımmüdafiəçi də məşqdə sıradan çıxıb. Həkimlərin ilkin müaynəsindən sonra onun da ayı erkən başa vurduğu aydınlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp