Aleksandr Kerjakov Kiprdə çalışacaq. Rusiyalı mütəxəssis “Karmiotiss”in baş məşqçi postuna təyin edilib.
Futbolinfo.az xəbər verir ki, “Nijni Novqorod”dan ayrıldıqdan sonra bir müddət işsiz qalan sabiq futbolçu ölkəmizə də gələ bilərdi. Belə ki, onun ötən ilin sonunda “Səbail”ə gətiriləcəyi deyilirdi. Daha öncə adı “Sumqayıt”la da yanaşı hallanan Kerjakov yekunda Kiprdə qərar tutdu.
Kerjakovu “Karmiotiss”də çətin vəzifə gözləyir. 22 oyundan 23 xal toplayan komanda hazırda 10-cu pillədədir.