Karyerasının 5 ilini “Çelsi”yə həsr etmiş Mario Melhiot keçmiş klubu haqda danışıb. Niderland millisinin sabiq üzvü londonluların uğursuzluğunun səbəblərini göstərib.
46 yaşlı sabiq müdafiəçi baş məşqçi Qrem Potterin hədəfə alınmasını doğru sayır: “Mənim oynadığım zaman məşqçi bu qədər dayana bilməzdi. Onun üçün məyusam, amma işlər yolunda getmirsə, dəyişiklik qaçılmazdır. Artıq “Arsenal”la bağlı uğursuz nümunələr gətirir. Halbuki daimi “11-liy”i seçmək və mübarizə aparmaq lazımdır. Məncə, doğru olmayan işlər görür və nəticələrinə qatlanmalıdır”.
Potterin istefasının yeganə çıxış yolu olduğunu düşünən Melhiot, zamanın uzanmasının kluba daha çox ziyan vuracağı qənaətindədir.