Dortmund “Borussiya”sını yayda tərk etməyə namizəd olan futbolçuların sırasına daha biri əlavə olunub. Tomas Menye çoxsaylı dəvətlərdən birini dəyərləndirmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı cinah oyunçusu “Barselona”ya gedə bilər. İspaniya nəhəngi təcrübəli belçikalını heyətində görmək istəyir.

3 il öncə PSJ-ni Bundesliqa lubuna dəyişən futbolçunun müqaviləsinin bitməsinə bir il qalıb. “Borussiya” onun üçün 6,5 milyon avro tələb edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp