Qrem Potterin taleyi az sonra başlayacaq matçın nəticəsindən asılıdır. “Çelsi” Çempionlar Liqasında mərhələ adlaya bilməsə, baş məşqçisi ilə yollarını ayıracaq.

Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi çalışdırıcıya dəstəyini dəfələrlə ifadə etsə də, vəziyyət dəyişib. Premyer Liqadakı uğursuz nəticələri yalız avrokuboklardakı uğur unutdura blər. Əks halda, yollar ayrılacaq.

Xatırladaq ki, “Çelsi” ilk oyunda “Borussiya”ya 0:1 hesabı ilə yenilib. Dortmundlulardan Londonda revanş almaq mümkün olmasa, Potterin istefası qaçılmaz olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp