“Zirə”yə qarşı yaxşı oyun keçirdik. Evdə çox yaxşı oynayırıq” – bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Junior Martins deyib.

Braziliyalı yarımmüdafiəçi Misli Premyer Liqasının 26-cı turunda “Zirə”yə qarşı keçirdikləri matçdan danışıb: “Komandamız meydanda yaxşı idi. İstənilən rəqibə hörmət edirik. Amma doğma meydanda yaxşı nəticələr qazanmalıyıq. Həmişə yaxşı oyun göstərib azarkeşləri sevindirməliyik”.

Martins baş hakim Kamranbəy Rəhimovun matçın 81-ci dəqiqəsində gəncəlilərin qapısına təyin etdiyi penaltidən də söz açıb: “Penalti ilə bağlı çox söz deyə bilməyəcəm. Amma bu, bizi əzmədi. Düzdür, həmin penaltiyə görə doğma arenada xal itirdik. Lakin bu, artıq geridə qaldı. Bütün diqqətimizi səfərdə “Neftçi”yə qarşı keçirəcəyimiz oyuna cəmləmişik. 3 xal üçün səfərə yollanacağıq. Çempionatın qalan hissəsi bizim üçün çox vacib olacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp