Erlinq Haland dünən 5 qol vurmaqla “Mançester Siti”nin tarixinə düşdü. Bir matçda bir neçə rekorda imza atan norveçli artıq həm də “şəhərlilər”in bir mövsümdə ən çox qol vuran futbolçusudur.

Futbolinfo.az xəbər verir ki, hücumçu mövsümdə 39-cu qolunu vurdu. Mövsümün hələ bitmədiyini nəzərə alsaq, bu göstəricinin daha da yaxşılaşacağı şübhə doğurmur.

Daha əvvəlki rekord 1928/29 mövsümündə 38 qol vurmuş Tommi Consona məxsus idi. Dünən Çempionlar Liqasının “Leypsiq”ə qarşı matçında penta-tirk edən Haland onu tarixə qovuşdurdu.

Xatırladaq ki, 36 oyun 39 qol vurmuş norveçli həmçinin 5 məhsuldar ötürmə də edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp