“Neftçi”nin müdafiəçisi Ataa Caber apreldən etibarən komandaya kömək edə biləcək. Müalicəsi uğurla davam edən israilli hazırda fərdi məşqlərlə kifayətlənir.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin dizinə qoyulan tikişlər tezliklə söküləcək və o, komanda ilə ümumi məşqlərə başlayacaq. Milli komandaların oyunlarına görə yaranacaq fasilə zamanı daha intensiv məşq edəcək oyunçunun apreldən meydanlara qayıtması planlaşdırılır.

Xatırladaq ki, Caber fevralın 28-də “Qarabağ”la Suraxanıda baş tutan matçda (1:1) sürüşmə fəndi edərkən ciddi zədə almışdı. Onun dizinin alt hissəsinə 18 tikiş qoyulmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp