“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın 26-cı turunda “Barselona” ilə oyunda (1:2) məğlubiyyəti şərh edib. O, birinci pilləyə qalxmağın çətin olacağını deyib.

Belçikalı digər yarışlarda uğura ümid edir: “Çempionluğu unuda bilərikmi? Bəli, biz dürüst olmalıyıq. Əlbəttə, biz heç vaxt təslim olmayacağıq, amma fərq artıq 12 xaldır. Heç bir şey mümkünsüz deyil,  bunu etmək  çətin olacaq. İspaniya kubokunu qazanmalıyıq. Biz təslim olmamalıyıq. Qarşıda iki aydan çox vaxtımız var. Əminəm ki, İspaniya kuboku uğrunda mübarizə apara bilərik. Bundan əlavə,Çempionlar Liqası da var”.

“Barselona” La Liqada 68 xalla 1-ci, “Real” 56 xalla 2-cidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp