Avstriya millisinin kapitanı Marsel Zabitser Avro-2024-ün seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib. Kapitan 4:1 hesabıyla başa çatan görüşdən razıdır.

Dubl edən futbolçu bunları deyib: “İlk dəqiqələrdən mübarizə apardıq. Azərbaycanın güclü tərəfləri var. Oyuna gec qoşulduq. Lakin seçmə mərhələyə 4:1 hesablı qələbə ilə başlayırsızsa, nəticədən razı qala bilərsiz. Rahat qələbə qazandığımız üçün şadam. Mən üzərimə düşəni edə bildim”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp