İspaniya La Liqası “Barselona”nın yarımmüdafiəçisi Qavini köhnə nömrəsi ilə rəsmi olaraq qeydiyyatdan keçirib. Bu barədə məlumat turnirin rəsmi saytında yer alıb. 2022-ci ilin sentyabrında yeni müqavilə imzaladıqdan sonra 6 nömrəli formanı geyinməyə başlayan 18 yaşlı futbolçu yenidən 30 nömrəyə qayıdıb.

Xatırladaq ki, La Liqa Qavinin “Barselona” ilə yeni müqavilə bağlamasına etiraz etmişdi. Klubun belə bir müqavilə üçün maliyyə imkanlarının olmadığını nəzərə alaraq belə addım atmılşdı. Bundan sonra Qavi Kataloniya təmsilçisinin əsas heyətindən kənarlaşdırılıb.

Qavi ötən mövsümdən “Barselona”nın əsas komandasında çıxış edir. Yarımmüdafiəçi bu mövsüm 37 matçda 2 qol vurub, 5 qolun ötürməsini verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp