“Milan” və “İnter” eyni futbolçunun izinə düşüb. Həmşəhərlilər 17 yaşlı sağ cinah vungeri Canluka Prestiannini transfer etmək istəyir.

Futbolinfo.az xəbər verir ki, “Veles Sarsfild” futbolçusunu 12 milyon avro dəyərində qiymətləndirir. Amma Milan klubları ilə yanaşı, “Benfika” və “Sevilya”nın da bu oyunçu uğrunda yarışa girməsi argentinalıların qiyməti yüksəltməsinə səbəb ola bilər.

Argentinada oynayan İtaliya əsilli futbolçulara diqqətin artması milli komandanın baş məşqçisi Roberto Mançininin Mateo Retegini yığmaya cəlb etməsindən sonra başlayıb. O, Cənubi Amerikada bir neçə yüksək səviyyəli futbolçu tapıb və Prestianni də onlardan biridir. “Tiqre”də oynayan futbolçu da A Seriyası təmsilçilərinin diqqətini çəkib.

Prestianniyə gəlincə, “Veles Sarsfild” yetirməsinin yetişdiyi klubla müqaviləsi gələn ilin yayında başa çatacaq. Milan klubları isə onu önümüzdəki aylarda heyətinə qatmağa tələsir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp