“Bayern”in baş məşqçisi Tomas Tuhel debüt oyununa hazırlaşır. Alman mütəxəssis ilk oyundaca lider Dortmund “Borussiya”sını yenib komandanı zirvəyə qaytarmaq vəzifəsini yerinə yetirməlidir.

Tuhel bu gün keçirdiyi mətbuat konfransında matçın önəmindən danışıb: “Bundesliqa və bizim üçün önəmli matçdır. Komanda olaraq matça hazır olmalıyıq. Oyunçular belə duruma alışıb, bacaracağımıza ümid edirəm. Həmişə çempionluq üçün savaşmalıyıq”.

Çalışdırıcı heyətdən məmnundur: “Burada hər zaman məşqçisi olmaq istədiyim çoxlu oyunçu var. İnanılmaz dərəcədə enerjiliyik və sabahı həyəcanla gözləyirik”.

Tuhel payızda “Çelsi”dən qəfil ayrılmasına da aydınlıq gətirib: “Həmin an şok olmuşdum. Toplantı səhər 8.00-da başladı və 3-5 dəqiqə davam etdi. Hamımız doğru yolda irəlilədiyimizi və komanda quruculuğuna davam edəcəyimizi düşünürdük. Ancaq indi bunlar geridə qalıb və Münhendəyik”.

Shares: