Kilian Mbappe PSJ-dən ayrılmaq istəyir. İspaniya mətbuatının yazdığına görə, Fransa millisinin kapitanı Parisdə ciddi uğurlar qazana bilməyəcəyini və mövsümün əvvəlində səhv qərar verdiyini anlayıb.

Futbolçu yenidən “Real”la təmasa keçib və klub istərsə, 2024-cü ilin yayında Madriddə oynamaq istədiyini bildirib. Həmin vaxt anlaşması bitəcək hücumçu müqavilədəki “+1” bəndini aktivləşdirmək istəmir. Belədə o, İspaniyaya azad agent kimi yollanacaq.

Xatırladaq ki, Mbappe cari mövsümün əvvəlində “Real”a keçməyə yaxın idi. Amma o, son anda qərarını dəyişərək PSJ-də qaldı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp