“Çelsi” Meyson Maunt üçün istədiyi məbləği açıqlayıb. “Zadəganlar” yayda vidalaşmaq istədiyi vingerə görə 70 milyon funt-sterlinq tələb edir.

Futbolinfo.az “The Atletic”ə istinadla xəbər verir ki, rəhbərlik həm maaş büdcəsini, həm də heyətdəki oyunçu sayını azaltmaq üçün bəzi oyunçuları ilə vidalaşacaq. Siyahıda olanlardan biri də klubun öz yetirməsidir. 2024-cü ilin yayına kimi anlaşması olan Maunt da heyətə düşə bilmədiyindən getmək fikrindədir.

“Liverpul” və “Bayern”in müştəri düşdüyü 24 yaşlı futbolçunu kimin sıralarına qatacağı yayda bəlli olacaq.

Shares: