İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun kimliyi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu ada “Arsenal”ın hücumçusu Bukayo Saka layiq görülüb.

Məlumatı liqanın mətbuat xidməti yayıb. 21 yaşlı ingiltərəli forvard bu ay meydana çıxdığı 4 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Martın ən yaxşı məşqçisi isə “Arsenal”ı çalışdıran Mikel Arteta olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp