İngiltərə Premyer Liqasında bir gündə iki istefa reallaşdı. “Lester” və “Çelsi” baş məşqçilərini qovdu.

Futbolinfo.az xəbər verir ki, “tülkülər” “Kristal Pelas”a məğlubiyyəti Brendan Rocersə bağışlamadı. Autsayderlər qrupundan çıxa bilməyən klubun rəhbərliyi 4 ildi komandya rəhbərlik edən mütəxəssisi qovmağı lazım bildi.

Uzun müddət səbr edən “Çelsi” rəhbərliyi isə “zadəganlar”ın “Aston Villa”ya uduzmasından sonra dözmədi. 11-ci pilləyə enən London klubu qışda transferlərə xərclədiyi yüzmilyonların qarşılığını görməyincə payızda Tomas Tuhelin əvəzinə gətirilən Qrem Potteri yola salmağı lazım bildi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp