Baş məşqçi Qrem Potteri istefaya göndərən “Çelsi” yeni çalışdırıcı tapıb. Komandanı müvəqqəti olaraq Bruno Saltor çalışdıracaq.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar” mövsümün sonuna kimi köməkçi-məşqçiyə güvənmək fikrindədir. O, növbəti 10 Premyer Liqa matçında  iş başında olacaq. Londonlular həmçinin Çempionlar Liqasında 1/4 finala qədər yüksəlib. Yayda isə komandaya yeni baş məşqçi axtarışına start veriləcək.

Artıq indidən Potterə xələf olmağa namizəd məşqçilərin siyahısı tutulur. Əsas namizədlər “Bayern”dən ötən ay ayrılan Yulian Naqelsmann və vaxtilə komandanı çalışdırmış, hazırda “Roma”ya rəhbərlik edən Joze Mourinyodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp