“Çətin oyun oldu. Amma qələbə qazandıq. Buna görə çox sevinirəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu deyib.

Nigeriyalı yarımmüdafiəçi Misli Premyer Liqasının 28-ci turunda “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Meydançanın vəziyyəti yaxşı deyildi. Amma durum iki komanda üçün də eyni idi. Biz də eyni şəraitdə mübarizə apardıq. Bizim üçün çox vacib olan 3 xalı qazandıq. Qarşıda matçlarımız var. Ümid edirəm ki, daha yuxarı pillələr yüksələrik”.

21 yaşlı futbolçu 69-cu dəqiqədə vurduğu qoldan sonra alt formasında yazılan “RİP Mom” (Rest and Peace Mom – hüzur içində yat, ana) sözlərinə də şərh verib: “Əvvəlcə, komanda yoldaşlarıma təşəkkür edirəm ki, birlikdə mübarizə aparıb mənim qol vurmağıma səbəb oldular. Dünən anamın ölümündən 6 il keçirdi. Qolu da ona həsr etdim”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp