Qrem Potter “Çelsi”nin ən uğursuz məşqçilərindən biri kimi tarixə düşdü. O, “zadəganlar”a rəhbərlik etdiyi 7 aylıq müddətdə İngiltərə Premyer Liqasında cəmi 7 qələbə qazana bildi.

Futbolinfo.az xəbər verir ki, ümumilikdə londonluları 31 matça çıxaran Potter 12 qələbə, 8 heç-heçə və 11 məğlubiyyətlə yadda qaldı. Bu, komandaya azı 20 matçda rəhbərlik etmiş mütəxəssislər arasında ən zəif göstəricidir. Hər oyuna orta hesabla 1,27 xal toplayan məşqçi, sələflərindən Qlen Hoddlla şərikdir. Hətta Yan Porterfild (1,28), Ruud Qullit (1,65) və Frenk Lempard (1,67) kimi uğursuz məşqçilər də daha yaxşı göstəriciyə sahib idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp