Futbol üzrə İsveçrə çempionatında 26-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Luqano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib. Dadaşov 76-cı dəqiqədə sarı vərəqə də alıb.

“Qrasshopper” 26 turdan sonra 34 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp