“Napoli”nin baş məşqçisi Luçano Spaletti məyus olub. Böyük xal fərqi ilə çempionluğa doğru irəliləyən Neapol təmsilçisinin çalışdırıcısı dünənki ev darmadağınını gözləmirmiş.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis son çempion “Milan”la matçda 0:4 hesablı məğlubiyyəti belə şərh edib: “Milan” çox əla matç keçirdi. Nəticə layiqli idi, səviyyəmizin altında bir oyun keçirdik və darmadağın olduq. Bu komanda ilə Çempionlar Liqasının 1/4 finalında da qarşılaşmalıyıq. Yəqin ki, çoxları indidən heç bir şansımızın olmadığını düşünəcək”.

Spaletti fasilədə qonaqların idman direktoru Paolo Maldini ilə mübahisəsinə də aydınlıq gətirib: “Oyunçumuz Lobotkaya verilən sarı vərəqəyə görə kiçik mübahisə etdik. O, sözlərimə qəribə reaksiya verdi və bir az tez hirsləndi. Amma problem yoxdur, şikayətçi deyiləm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp