“İnter” baş məşqçi postuna mümkün təyinatı müzakirə etmək üçün Maurisio Poçettino ilə əlaqə saxlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Məlumata görə, milanlıların hazırkı baş məşqçisi Simone İnzaqi komanda ardıcıl 4 matçda qalib gələ bilmədiyi üçün mövsümün sonuna qədər işini itirə bilər.

Daha əvvəl Poçettino ilə “Real” və “Çelsi”nin də maraqlandığı bildirilirdi.

Argentinalı mütəxəssisin son çalışdığı klub PSJ olub.

“İnter” İtaliya A Seriyasının turnir cədvəlində dördüncü yerdədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp