Yeniyetmə stolüstü tennisçilər Şakir Qədirovla Banu Baytallı “Evrotalent selection camp” beynəlxalq seçim toplanışına qatılıb.

Futbolinfo.az xəbər verir ki, idmançılarımız məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə aprelin 9-dək Çexiyanın Havirov şəhərində keçirilən seçim mərhələsində bacarıqlarını göstərəcəklər.

Təlim-məşq toplanışının nəticələrinə əsasən fərqlənən idmançılar qitənin istedadlı stolüstü tennisçiləri sırasına daxil olacaqlar. Və beynəlxalq federasiya tərəfindən təşkil olunan toplanışlarda ustalıqlarını artırmaq imkanı qazanacaqlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp