“Reyms”in futbolçusu Marşall Munetsi qəribə müqavilə bağlayıb. 3 il öncə vətəni Zimbabveni tərk edərək Fransa klubuna gələn 26 yaşlı oyunçu anlaşmasının müddətini 2027-ci ilədək uzatmaq üçün şərt qoyub.

Futbolinfo.az xəbər verir ki, Marşall hər ay qazancının təxminən 10 faizini vətəninə göndərir. O, kasıb ölkəsində uşaqları idman geyimləri ilə təmin edir, həmçinin təhsil xərclərinə yardım edir. Lakin futbolçu bununla kifayətlənmək niyyətində deyil. Ona görə də müqaviləsinə xüsusi bənd əlavə etdirib.

Belə ki, Munetsi oyunlar zamanı qaçdığı hər kilometrə görə Zimbabveyə yarım edilməsi üçün 1000 avro qazanacaq. Yeni müqavilədə məhz bu bənd var. Marşallın hər oyunda təqribən 12 kilometr məsafə qət etdiyini nəzərə alsaq, onun ölkəsi üçün hər tur 12 min avro əldə edəcəyi dəqiqdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp