“Qarabağ”ın sabiq futbolçusu Reynaldo menecer olacaq. Hazırda baş ailə biznesinə qarışan brazilyalı yenidən futbola dönmək niyyətndədir.
Futbolinfo.az saytına açıqlama verən hücumçu bu barədə danışıb: “Özümüzün kiçik ailə biznesimiz var. Onunla məşğuluq. Çalışırıq işimizi böyüdək. Biznesin futbola aidiyyəti yoxdur. Amma bütün vaxtımı buna ayırmaq da istəmirəm. Futbolla bağlı planlarım var. Gələcəkdə menecerlik işi ilə məşğul olmaq fikrindəyəm. Braziliyada o qədər istedadlı oyunçular var ki… Onların Avropaya yollanmalarına vasitəçilik edə bilərəm”.
Reynaldo Azərbaycan klubları üçün də futbolçu tapacaq: “Braziliyanın aşağı liqalarında Azərbaycan çempionatına rəng qatacaq gözəl oyunçular var. Hətta deyərdim ki, indi A Seriyasının futbolçuları da “Qarabağ”a keçməyə razılıq verərlər. Çünki “Qarabağ” artıq kifayət qədər nüfuza malikdir, tanınır, Avropanın ortabab klubu hesab olunur”.