“Brentford” yeni qapıçı axtarır. David Rayanı mövsüm bitən kimi “Tottenhem”ə satmaq niyyətində olan İngiltərə klubu ona layiqli əvəzedici tapmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, ilk namizəd “Frayburq”un qolkiperi Mark Flekkendir. 29 yaşlı niderlandlı qolkiperin sərbəstqalma dəyəri 13 milyon avrodur. “Brentford” bu məbləği ödəsə, Bundesliqa təmsilçisinin etiraz etmək hüququ olmayacaq. Amma transferin rəsmiləşməsi üçün qapıçının da razılığı olmalıdır. İngilislər hazırda Markla şəxsi müqavilənin detallarını müzakirə edir.

Premyer Liqada yerini təmin edən “Brentford” yeni mövsümün heyətini müəyyənləşdirmək üçün daha bir addım atıb. Belə ki, klub oyunçusu Matias Yorgensenlə müqavilənin müddətini 2025-ci ilin yayınadək uzadıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp