“Neftçi” iki əsas qapıçısını heyətdə saxlamaq niyyətindədir. Klub rəhbərliyi mövsüm bitən kimi onlarla anlaşmaları yeniləyəcək.

Futbolinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”a keçəcəyi deyilən Aqil Məmmədov paytaxt klubunda qalmağa razılıq verib. 2019-cu ildə 3-cü dəfə gəldiyi “Neftçi”də əsas heyətdəki yerini itirməsinə rəğmən, 34 yaşlı qolkiper Bakıda qalmaq niyyətindədir.

Bürünc medalçının əsas qapıçısı İvan Brkiçin də komandadan ayrılması ehtimalı var idi. Lakin bir neçə təklifi olan xorvatla razılıq əldə edilb. Ötən ilin yanvarında “Riqa”dan gələn 27 yaşlı əlcək sahibi yeni müqavilə üçün təklif edilən şərtlərlə razılaşıb. Çempionat bitən kimi anlaşma rəsmiləşəcək.

Shares: