Məhəmməd Salah çıxış etdiyi “Liverpul”un Çempionlar Liqasının yeni mövsümündən kənar qalmasından məyusdur. Dünən “Mançester Yunayted”in “Çelsi”ni məğlub etməsi ilə dəqiqləşən bu fakt misirli forvardı üzüb.

Futbolinfo.az xəbər verir ki, Salah bu barədə sosial şəbəkədə yazıb: “Tamamən məhv oldum. Bunun heç bir bəhanəsi ola bilməz. Gələn il Çempionlar Liqasına qatılmaq üçün hər cür imkanlara malik idik, amma uğursuz olduq. Biz “Liverpul”uq və ÇL-ə vəsiqə qazanmaq bizim üçün minimum hədəfdir. Azarkeşlərin əhvalını yaxşılaşdırmaq üçün söz tapa bilmirəm. Özümüzü və onları məyus etdik”.

Shares: