“Ferrari”nin rəhbəri Frederik Vayor komandasının gələcək perspektivindən çox ümidlidir. Barselona qran-prisindən əvvəl çıxışında o, yeniliklərin faydalı olacağını bildirib:
“Komandamızın hazırladığı yeniliklər bolidi daha balanslı hala gətirəcək. Bundan başqa, sürətli döngələrdə güclü olacağımızı gözləyirəm. Bütün bu yeniliklər əsas strategiyamızdan dönmək demək deyil. Çünki mövsümün ortasında strategiyanı dəyişmək olmaz. Güman edirəm ki, bu il bir neçə yarışda qələbə qazana bilərik. Bunun üçün hər bir imkan olacaq. Ona görə də başımızı dik tutmalıyıq”.
İtaliya mətbuatının məlumatına görə, “Ferrari” bolidin altlığında dəyişiklik edib. Belə konsepsiyadan “Red Bull” komandası istifadə edir. Arxa asılqanda edilən dəyişikliklər isə təkərlərin daha az yeyilməsinə yardım etməlidir. Bu problem “Ferrari”nin çempiontda əsas əngəllərindən biridir.
Əlavə edək ki, Barselona qran-prisi bu həftənin sonunda keçiriləcək. Bir neçə həftə əvvəl Vasyor həmin yarışa qədər yeniliklərin hamısının hazır olmayacağını bildirmişdi.