“Qarabağ”dan ayrılan Ramil Şeydayev İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Andres İnyesta ilə komanda yoldaşı ola bilər.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə anlaşan Tayland təmsilçisi “Buriram Yunayted” 39 yaşlı yarımmüdafiəçini də heyətinə qatmaq istəyir.

Bunu klubun direktoru Nyuin Çidçob “Harianhaluan” nəşrinə açıqlamasında bildirib. O, Yaponiyanın “Vissel Kobe” komandası ilə vidalaşan ulduz futbolçunu transfer etmək niyyətində olduqlarını bildirib.

Xatırladaq ki, geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasının bombardiri olan Şeydayev “Qarabağ”la müddəti başa çatan müqaviləsini yeniləməyib. Buna onun məhz Taylanddan aldığı cəlbedici təklif səbəb olub.

Shares: