Andrey Lunin “Real”ı tərk etmək istəyir. Ukraynalı qapıçı kifayət qədər oynamaq şansı əldə etmədiyi üçün iş yerini dəyişmək niyyətindədir.

Futbolinfo.z xəbər verir ki, 2018-ci ildən madridlilərə məxsus olan, bir neçə dəfə icarəyə göndərilən 24 yaşlı qolkiper artıq 3 ildir Tibo Kurtianın daimi əvəzedicisidir. Yalnız belçikalının zədəli və ya cəzalı olduğu matçlarda oynamaq şansı əldə edən Lunin daim əsas heyətdə olacağı klub axtarır. “Real” da gələn yay müqaviləsi bitəcək futbolçunu satmağın əleyhinə deyil və uyğun variant düşən kimi bundan istifadə edəcək.

“Kral klubu” ona əvəzedici də tapıb. 2018-ci ildən “Xetafe”də olan və bu yay müqaviləsi bitən Davide Soriya Madridə köçə bilər. İspan qolkiper Kurtuanın əvəzedicisi olmağa razıdır və tezliklə müqavilə bağlamaq istəyir. Lunin özünə iş yeri tapan kimi Soriya “Real”a keçəcək.

Shares: