2010-2012-ci illərdə “Neftçi”nin şərəfini qorumuş Slavço Georgiyevski Azərbaycanda işləmək istəyir. 43 yaşlı şimali makedoniyalı mütəxəssis dəvət gözləyir.

Futbolinfo.az saytına açıqlamasında o, bu barədə danışıb: “Bir müddətdir məşqçiliklə məşğulam, iki komandada işləmişəm. Artıq “Pro” kateqoriyam da var. “Neftçi” isə həmişə ürəyimdə olan klubdur. Keçmiş komandama kömək etməyə hər zaman hazıram. Azərbaycan futbolunu bəyənirəm, yerli mentalitetə bələdəm. Azərbaycanda işləmək gözəl olar. Bunun pulla heç bir əlaqəsi yoxdur. Futbolçu dönəmində olduğu kimi, məşqçi kimi də Azərbaycan futboluna töhfə vermək variantına “yox” demərəm. “Neftçi”dən ayrıldığım zaman dua etmişdim ki, nəvaxtsa baş məşqçi kimi ora qayıdım, futbolçu kimi qazana bilmədiklərimi tamamlayım”.

2021-ci ilin yanvarından 2022-ci ilə kimi “Teteks”ə rəhbərlik edən son mövsümdə “FK Skopye”yə rəhbərlik edib. Mövsümün əvvəlindən baş məşqçi postuna təyinat alan sabiq yarımmüdafiəçi bu ilin martında istefaya göndərilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp