“Ludoqorets” ardıcıl 12-ci dəfə Bolqarıstan çempionu oldu. Razqrad təmsilçisi bununla dünya rekorduna bir qədər də yaxınlaşdı.

Futbolinfo.az xəbər verir ki, bu, davam edən seriyalar arasında ən uzunudur. Rekord isə Vanuatu klubu “Tafea”ya aiddir. Həmin kmanda 1994-dən 2009-dək ardıcıl 15 dəfə lkə birincisi olmağı bacarmışdı.

İvaylo Petevin rəhbərlik etdiyi “Ludoqorets”in elə cəmi çempionluq sayı da 12-dir. Bu, ÇSKA və “Levski”dən sonra ən yaxşı göstəricidir.

Shares: