Macarıstanda gənc basketbolçuların dünya çempionatı davam edir. 19 yaşa qədər olan yığmaların birinciliyində Türkiyə komandası uğurla çıxış edir.

Bu gün Debresendə yarımfinallar keçiriləcək. Türkiyə mill komandasının rəqibi İspaniyadır. Oyun Bakı vaxtilə 22:00-da başlanacaq.

Qeyd edək ki, tarixi ərzində Türkiyə komandası 19 yaşa qədər dünya çempionatlarında yalnız bir dəfə bürünc medal qazanıb. Həmin hadisə 2015-ci ildə baş verib.

Digər yarmfinal cütlüyünü Fransa və ABŞ komandaları təşkil edir. Onlar arasındakı oyunun başlama vaxti 19:30-dur.

Xatırladaq ki, son iki dünya çempionatının qalibi ABŞ millisidir. Onların ümumilikdə 8 çempionluğu var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp