“Bayern” futbolçuları Joao Kanselo və Deyli Blindlə yolları ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bayern” Kanselonu qış transfer pəncərəsində “Mançester Siti”dən icarəyə götürmüşdü. Münhen təmsilçisi satın alma variantını aktivləşdirməyib. Müdafiəçi “Mançester Siti”yə qayıdıb.

Blind “Bayern”ə yanvarda azad agent kimi keçmiş və mövsümün sonuna qədər müqavilə imzalamışdı. Klub onunla da müqaviləni yeniləməmək qərarına gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp