“Təlim-məşq toplanışında adi rejimdə işləyirik. Yaxşı stadionda, yaxşı rəqiblə oynamaq xoş olacaq”.

Futbolinfo.az xəbər verir ku, bu sözləri “Neftçi”nin müdafiəçisi Azər Əliyev bu gün Sankt-Peterbuqrda başlanacaq turnirdə “Zenitə qarşı oyun barədə danışarkən deyib.

O, “Matç TV”yə müsahibəsində bildirib ki, “Zenit” ardıcıl 5 dəfə çempion olub: “Bizdə pozitiv emosiyalar var, hamımız şənbə günü keçiriləcək matçı gözləyirik”.

“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov isə bildirib ki, “Zenit”in potensialını hamı bilir: “Amma biz oyuna hazırlaşırıq. Bizim üçün bu, ilk matç olacaq. Görək hansı nəticə qeydə alınır. 100 faiz qalib gəlmək istəyirik. Amma biz bu oyunu çempionata hazırlıq mərhələsi kimi qəbul edirik”.

Xatırladaq ki, “Zenit” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. Oyuna 20 mindən çox biletin satıldığı bildirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp